Türkiyənin Şırnak şəhərinin Uludərə bölgəsində PKK terroristləri türk hərbçilərini daşıyan maşını uzaqdan atəşə tutublar.
Strateq.az Türkiyə mediasına istinadən xəbər verir ki, atəş nəticəsində maşında olan 3 əsgər ağır yaralanıb: "Onların hər üçü xəstəxanada dünyasını dəyişiblər".
Məlumata görə, bundan sonra ordu qaçan terroristlərə qarşı helikopterlərin dəstəyi ilə geniş əməliyyata başlayıb.
Strateq.az