XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

28 Noyabr 2015 - 11:20

İran neft müqavilələrinin yeni modelini açıqlayıb: “Bir yerli şirkətə bir əcnəbi şərik” formulu

 

 

iran neft.jpg

“İranın neft müqavilələrinin yeni modelində İranın neft sənayesi və beynəlxalq şirkətlər üçün ikitərəfli uduş  şəraiti yaranıb”.

Strateq.az İRNA-ya istinadən bildirir ki, bu barədə İranın neft naziri Bifən Namdar Zəngənə şənbə günü Tehranda İranın neft müqavilələrinin yeni modelinin təqdimatı üzrə keçirilən beynəlxalq konfransda bildirib.

Nazir qeyd edib ki, İran bu gün, 20 il bundan qabaqkı İrandan fərqlənir və ölkəyə sərmayə yatırmaq istəyən xarici şirkətlər bu cəhətə diqqət yetirməlidirlər.
Zəngənənin sözlərinə görə, İran beynəlxalq şirkətlərlə həmkarlıq fürsətindən daxili şirkətləri gücləndirmək və texnologiyanın ötürülməsi üçün güclü bir vasitə kimi istifadə edir və İranda işləmək isəyəcək hər bir xarici şirkət, səlahiyyəti təsdiq olunmuş bir iranlı şirkətlə şərik olmalıdır.