Qahirə yaxınlığında Giza rayonunda blok-postun atəşə tutulması zamanı dörd polis ölüb.
Misir KİV-lərinin məlumatına görə, maska geyinmiş naməlum şəxslər polislərin olduqları blok-posta motosikletdə yanaşıblar və avtomat silahdan şiddətli atəş açıblar.
Hücum məşhur Coser ehramının yerləşdiyi Sakkara nekropoluna aparan yolda olub.
Cinayətkarlar gizləniblər. Hazırda hadisə yerini kriminal polisin əməkdaşları mühasirəyə alıblar və cinayətkarları axtarırlar(azərtac).