XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 June 2017 - 16:36

Polisin helikopterini ələ keçirdi, Ali Məhkəməni bombaladı –Karakasda ilginc olay + FOTO

Venesuelanın paytaxtı Karakasda Ali Məhkəməyə helikopterlə hücum edilib.

Məlumata görə, təhlükəsizlik xidmətinin əməkdaşlarından biri polisə aid helikopteri ələ keçirib. 

O, "350 azadlıq" yazılmış plakatı helikopterdən asaraq, paytaxtın üzərində bir neçə dəfə dövrə vurub. 

Sonra isə Ali Məhkəmənin binasına bomba atmağa başlayıb. Bomba partlayışlarından ölən və yaralananın olmadığı, ancaq  binaya ciddi zərər dəydiyi bildirilir.

Məlumata görə, həmin şəxs "Oskar Perez" adına açılmış sosial şəbəkə hesabından da eyni anda hökumətə qarşı çıxma çağırışları edib. O, belə bir status yazıb: "Xuliqan hökumətə qarşı çıxın".

Hökumət Ali Məhkəməyə hücumu "terror" adlandırıb və həmin şəxsin artıq ələ keçirildiyi bildirilib.

Yerli mətbuat isə Ali Məhkəməyə helikopterdən bomba atan şəxsin hökumətə qarşı çıxan etirazçılardan olduğunu yazıb. Billdirilib ki, o, məhkəmənin aksiya iştirakçılarını qanunsuz həbsə atmasına etiraz əlaməti olaraq, belə bir addım atıb/Mia.az