XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

28 İyun 2017 - 18:28

Diplomat yeni planı açıqladı: “Ya biz, ya Qətər…” –Ərəb ölkələri dünyanı təhdid edir

Qətərə diplomatik embarqo tətbiq edən ərəb ölkələri daha bir həmləyə hazırlaşır.

Bu barədə Birləşmiş Ərəb Əmirliyinin Rusiyadakı səfiri Ömər Ghobaş Böyük Britaniya mətbuatına açıqlama veriib.

Səfir "The Guardian"a açıqlamasında bildirib ki, körfəz ölkələri Qətərə qarşı yeni sanksiyalar tətbiq etmək üçün ciddi məsləhətləşmələrə başlayıb: 

"Qətərin Ərəb Ölkələri Əməkdaşlıq Təşkilatından xaric edilməsi ilə məsələ bitməyəcək. Həm də ərəb ölkələri ilə ticarəti olan bütün ölkə və şirkətlərin qarşısında konkret belə bir şərt qoyulacaq: "Ya biz, ya Qətər. Seçim sizindir". Qətəri seçən ölkələrlə hətta iqtisadi əməkdaşlıq da bütünlüklə dayandırılacaq. Yaxın günlərdə bununla bağlı rəsmi qərarın veriləcəyi gözlənilir"/Mia.az.