XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020

Digər Xəbərlər

29 İyun 2017 - 09:11

ABŞ altı ölkə vətəndaşlarına vizaların verilməsində yeni meyarlartətbiq edib

ABŞ altı ölkə vətəndaşlarına (İran, Yəmən, Liviya, Suriya, Somali, Sudan) və qaçqınlara vizaların verilməsində yeni meyarlar tətbiq edib

Bu barədə ABŞ Dövlət Departamentinin memorandumunda bildirilir.

Sənədə əsasən, vizaların yalnız ABŞ-da sıx ailə və işgüzar əlaqələri olan namizədlərə verilməsi nəzərdə tutulur. Vurğulanır ki, namizədlər ABŞ-da yaxın qohumlarının (valideynlər, uşaqlar, bacı və qardaşlar) daimi yaşadığını sübut etməlidirlər. Həmçinin, uzaq qohumlarla bağlı müraciətlərə baxılmayacağı bildirilir. Müvafiq sənəd ABŞ-ın xaricdəki diplomatik nümayəndəliklərinə göndərilib.

Xatırladaq ki, fevral ayında ABŞ prezidenti D. Tramp İraq, İran, Suriya, Sudan, Yəmən, Liviya və Somali vətəndaşlarının 90 gün ərzində ABŞ-a daxil olmasının qadağan edilməsi barədə fərman imzalayıb. Bundan əlavə, D. Tramp qaçqınların ABŞ-da yerləşdirilməsi barədə proqramı 120 gün müddətində dayandırıb. Daha sonra məhkəmə prezidentin miqrasiya siyasətini sərtləşdirən fərmanının icrasını müvəqqəti təxirə salıb.

İyunun 26-da  ABŞ Ali Məhkəməsi  prezident Donald Trampın miqrasiya barədə fərmanının qismən qüvvəyə minməsi barədə qərar çıxarıb.  Ali Məhkəmə yekun qərar verənə qədər D. Trampın fərmanı qismən icra olunacaq. Yuxarıda qeyd olunan fərmanla bağlı Ali Məhkəmənin növbəti iclası oktyabr ayına təyin edilib. (APA)