Venesuelanın Ali məhkəməsi baş prokuror Luisa Orteqa Diasa ölkəni tərk etməyə qadağa qoyub.
"RİA Novosti"nin verdiyi məlumata görə, baş prokuror iyulun 4-də ifadə vermək üçün dinləmələrə çağrılıb.
Qeyd olunur ki, məhkəmə həmçinin onun bütün hesablarını dondurub və idarəsində də öz əmlakını üçüncü şəxslərə verməyi qadağan edib/Trend.