XƏBƏR LENTİ

14 Avqust 2020
13 Avqust 2020

Digər Xəbərlər

29 İyun 2017 - 10:52

Qətər yeni cavab həmləsinə hazırlaşır –Ərəb ölkələri ilə bütün layihələr dayandırıla bilər

Qətər  Ərəb ölkələri Əməkdaşlıq Şurası ilə bütün layihələri dayandıra bilər.

Belə qərarın Səudiyyə Ərəbistanı başda olmaqla bir sıra ərəb ölkələrinin Qətərə qarşı əsassız ittihamlarla çıxış etməsi ilə əlaqədar qəbul edildiyi bildirilir.

Yerli KİV-lər yazır ki, Qətər Türkiyə ilə birgə layihələrdə daha çox maraqlıdır. Tikinti, tibb və əczaçılıq kimi sahələr türk investorları cəlb edə bilər. Həmçinin Türkiyə və Qətər arasında azad iqtisadi zonanın yaradılması gözlənilir.

Xatırladaq ki, iyunun 5-də Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ, həmçinin Misir Qətəri terror təşkilatlarına və onların bu ərəb ölkələrində daxili vəziyyəti gərginləşdirmək üzrə fəaliyyətlərinə dəstək verməkdə ittiham edərək rəsmi Doha ilə diplomatik əlaqələri kəsdiklərini bəyan ediblər. Daha sonra digər ölkələr Qətərlə münasibətləri dayandırdığını və ya azaltdığını bildirib/Trend