XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 November 2015 - 04:52

“Canlı bomba” özünü partlatdı – 17 nəfər öldü

Kamerunun şimalında “canlı bomba” özünü partladıb. Partlayış zamanı 17 nəfərin öldüyü və bir neçə nəfərin yaralandığı bildirilir.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə ölkənin şimalında yerləşən – Nigeriya ilə həmsərhəd Dabanqa şəhərində baş verib. ölənlər arasında Kamerun ordusunun 2 əsgəri də var.
 
Partlayışa görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib. Lakin son vaxtlar Kamerunda terror aktları “Boko Haram” qruplaşması tərəfindən həyata keçirilir.

Qruplaşma bu aktları Kamerun ve Nigeriya hökumətlərinin silahlı qruplaşmaların məhvini nəzərdə tutan hərbi müdaxiləyə cavab olaraq törədir.