Rusiya prezidenti Vladimir Putin 2016-cı ilin yanvarın 1-dən Türkiyə vətəndaşlarının Rusiyada işə götürülməsinə qadağa qoyub. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“Rusiya hökuməti tərəfindən tərtib olunan siyahıya daxil edilməyən iş verənlərə, iş (xidmət) sifarişçilərinə 2016-cı ilin yanvarın 1-dən Türkiyə vətəndaşlarının əmək fəaliyyətinə, işlərin görülməsinə (xidmətlərin göstərilməsinə) cəlb edilməsinə qadağa qoyulub”, deyə məlumatda bildirilir.
Rusiya prezidenti Vladinir Putin 2016-cı ilin yanvarın 1-dən Türkiyə ilə viza rejiminin dayandırılmasına dair göstəriş verib. Məlumata görə, bu tədbirlər Rusiya ərazisində müvəqqəti yaşamaq hüququna malik Türkiyə vətəndaşlarına, həmçinin Türkiyənin Rusiyadakı diplomatik missiyalarının işçilərinə və onların ailə üzvlərinə şamil edilməyəcək(APA).