Çin prezidenti Şi Tsinpinq Honq Konqun uzun müddət Britaniya koloniyası olmasından sonra Çin idarəçiliyə keçməsinin 20 illiyini qeyd etmək üçün ölkəyə üç günlük səfərinə başlayıb.
Şi səfər zamanı Honq Konqun ilk qadın lideri Kerri Lamın şənbə günü keçiriləcək inauqurasiya mərasimində də iştirak edəcək.
Şəhər ətrafında təhlükəsizliyi gücləndirildiyi bir vaxda polis Şinin gəlişinindən öncə etiraz edən bir qrup demokratiya fəalını həbs edib.
Yaxın günlərdə daha çox nümayişlərin keçirilməsi gözlənilir. Onlar arasında şənbə günü keçiriləcək çoxlu sayda insan cəlb edən illik yürüş də var.
Çinin Honq Konqdakı idarəçiliyi “bir ölkə, iki sistem” prinsipi ilə həyata keçirilir. Bu prinsip Honq Konqa müəyyən vətəndaş azadlıqlarının və muxtariyyətin verilməsini nəzərdə tutur. Lakin bu yaxınlarda beş kitab satıcısının həbs edilməsi narahatlıqlara səbəb olub.
Şi cümə axşamı etdiyi çıxışında bildirib ki, o, gələcəyə baxmaq və “bir ölkə, iki sistem” prinsipi ilə inkişafın davam etməsini təmin etmək istəyir.
Buna baxmayaraq, bəzi təhlilçilər hesab edirlər ki, Çin bu əraziyə nəzarətin artırılmasını istəyir və bu istiqamətində yoluna təmkinlə davam edir/Amerikanın səsi/.