XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020

Digər Xəbərlər

29 İyun 2017 - 20:16

Rus hakerlər Qətərə hücum edib? –Rəsmi Dohadan yayılan xəbərə reaksiya

"Qətər Xəbər Agentliyinin (QNA) saytına və sosial mediadakı hesablarına edilən kiberhücumların arxasında Rusiya dayanmır".

Bu sözləri Qətər Xarici İşlər naziri Şeyx Məhəmməd Əbdürrəhman Əl-Sani deyib.

“Əldə etdiyimiz məlumatlara görə, hücum rus hakerlər tərəfindən həyata keçirilməyib. Məsələ ilə bağlı araşdırmanı tamamlayan FTB də bunun arxasında Rusiyanın dayanmadığını bildirdi. Bu hücum bəzi Yaxın Şərq ölkələri ilə bağlıdır. Qətər hökuməti hazırda həmin ölkələrə qarşı iddia qaldırıb”, – XİN rəhbəri bildirib.

Baş diplomat həmin ölkələrin adlarını açıqlamyıb.

Qeyd edək ki, 23 may gecəsi QNA-da Qətər əmiri Şeyx Təmim bin Hamad Əl-Sani adından ABŞ əleyhinə və İranın xeyrinə açıqlamalar yayılmışdı/axar.az.