ABŞ-ın vitse-prezidenti Mayk Pens Gürcüstana səfər edəcək.
Gürcüstanın “Apsny.ge” saytının verdiyi məlumata görə, ABŞ prezidenti Donald Trampın tapşırığı əsasında 30 iyun-2iyul tarixlərində M. Pens Estoniya, Gürcüstan və Monteneqroya səfərlər həyata keçirəcək.
Vitse-prezident Gürcüstana səfəri zamanı ölkə prezidenti Georgi Marqvelaşvili və baş nazir Georgi Kvirikaşvili ilə görüşəcək. Bundan başqa, onun "Noble Partner" hərbi təlimlərində iştirak edən amerikalı və gürcüstanlı hərbçilərlə görüşü nəzərdə tutulub.
M. Pens Estoniyada Baltik ölkələrinin rəhbərləri – Estoniya, Latviya və Litva prezidentləri Kerstu Kalyuland, Raymondos Veyonis və Dalya Qribauskayte ilə görüşlər keçirəcək.