Neftin ucuzlaşması və terror təşkilatına qarşı aparılan beynəlxalq əməliyyatlar İŞİD iqtisadiyyatını da ağır vəziyyətə salıb.
Xarici mətbuata istinad edən Strateq.az xəbər verir ki, bu zamana qədər ayda 500 dollar alan İŞİD silahlılarının maaşı 90% azalıb. İndi evli İŞİD-çilər 75, subaylar isə 50 dollarla özlərini və ailələrini dolandırmalı olurlar.