İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xamneyi müxtəlif cinayətlərə görə azadlıqdan məhrum edilmiş 1049 nəfəri əfv edib.
İRNA agentliyinin məlumatına görə, Ramazan bayramı münasibətilə humanist və insanpərvərlik prinsiplərini əsas tutan Ali Rəhbərin əfv sərəncamı məhbusların ailələrinin sevincinə səbəb olub.
İran konstitusiyasının 110-cu maddəsinə əsasən Ali Rəhbər azadlıqdan məhrum edilən şəxsləri əfv etmə səlahiyyətinə malikdir.