XƏBƏR LENTİ

02 İyun 2020
01 İyun 2020

Digər Xəbərlər

30 İyun 2017 - 23:33

Rusiya miqrantları Uzaq Şərqə göndərmək istəyir –Yeni konsepsiya hazırlanıb

Rusiya Daxili İşlər Nazirliyi 2018-2020-ci illər üzrə miqrasiya siyasətinin yeni konsepsiyasını hazırlayıb.

Sənədə əsasən, miqrantların Baykal və Uzaq Şərq regionlarında yaşamasını stimullaşdırmaq təklif olunur.

DİN-dən bildiriblər ki, konsepsiya milli və ictimai təhlükəsizliyi, əhalinin rahatlığı və rifahını təmin etmək, eləcə də ölkənin demoqrafik və sosial-iqtisadi inkişafına töhfə vermək üçün nəzərdə tutulub.

Yeni sistemə əsasən, miqrantlar müvəqqəti yaşayış icazəsini zəruri infrastrukturun yaradıldığı, əmək bazarında onların peşələrinə təlabat olan yerlərdə ala biləcəklər, həmçinin regiondakı demoqrafik vəziyyət də nəzərə alınacaq. /Report