XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

30 Noyabr 2015 - 09:32

Vladimir Putin Federal Məclisə müraciət edəcək – Səbəb

Rusiya prezidenti Vladimir Putin dekabrın 3-də 12-ci dəfə Federal Məclisə ənənəvi müraciət ilə çıxış edəcək.

Bu barədə çıxışı canlı yayımlayacaq “Россия 1” telekanalının saytında məlumat yayılıb.  Dövlət başçısı öz çıxışına Moskva vaxtı ilə saat 12:00-da başlayacaq.

Müraciətin mətni açıqlanmır.  Kremldə Putinin çıxışının tarixi haqqında dəqiq məlumatı hələlik təsdiqləməyiblər.

Noyabrın 11-də Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Putinin Federal Məclisə müraciətinin əsas mövzusunun təhlükəsizlik məsələlərinin olması barədə məlumatı təkzib edib.  

“Xeyr, bu, belə deyil”, – Peskov “Komersant” qəzetinin məlumatının doğruluğu barədə suala cavab verərkən bildirib.

Qeyd edək ki, Rusiya Federasiyasının Federal Məclisi RF-nin qanunverici orqanıdır. Federal Məclisin statusu Rusiya Konstitusiyasının beşinci fəslində müəyyən edilib.  Federal Məclisin vəzifə və səlahiyyətləri iki palata – Dövlət Duması (aşağı palata) və Federasiya Şurası (yuxarı palata) arasında müəyyənləşdirilib.