XƏBƏR LENTİ

22 Sentyabr 2020
21 Sentyabr 2020

Digər Xəbərlər

02 İyul 2017 - 02:04

Qətərin Xarici İşlər naziri:"Dialoqa hazırıq"

Qətərin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Əl-Təni ərəb ölkələri ilə dialoqa hazır olduqlarını bildirib.

AZƏRTAC Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, Qətərin xarici işlər naziri Romada səfərdə olarkən ərəb ölkələrinin hazırladıqları 13 maddəlik tələb siyahısının terrorizmlə mübarizə baxımından əlaqəsi olmadığını deyib.

O, Qətərin azadlıqlarını məhdudlaşdıran maddələrin olduğu bu siyahını rədd etdiklərini açıqlayıb.

Nazir Əl-Təni böhranın həlli üçün uyğun şərtlərlə dialoqa hazır olduqlarını bildirib.