XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 November 2015 - 14:59

Putin dövlət başçıları ilə şəkil çəkdirmədi: Ərdoğanla görüşdən imtina etdi

 

putin erdoqan.jpg

 

Rusiya prezidenti Vladimir Putin Parisdə keçirilən BMT-nin İqlim dəyişikliyi Konfransında 195 ölkənin dövlət və hökumət başçılarının çəkdirdiyi kollektiv şəkildə yer almayıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, digər liderlərlə yanaşı Türkiyə prezidenti Ərdoğan da kollektiv şəkildə yer alıb.

Qeyd edək ki, Parisdə keçirilən beynəlxalq konfransda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edir. Konfrans çərçivəsində iki ölkə prezidenti arasında görüşün keçiriləcəyi ehtimal edilsə də, sonradan Vladimir Putin Ərdoğanla görüşməkdən imtina edib.