XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

30 Noyabr 2015 - 16:41

Maliyyə nazirinə hücum oldu

Naməlum şəxs Finlandiyanın maliyyə naziri Aleksander Stuba hücum edib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, insident Tamper şəhərindəki kafelərdən birində baş verib. Hücumçu naziri yalançı adlandıraraq onun üzərinə maye töküb. 

Nazirin mühafizəçiləri dərhal bu şəxsi kafedən çıxarıblar. Sonradan məlum olub ki, nazirin üzərinə «Coca-cola» tökülüb.

Ehtimal olunur ki, insident maliyyə nazirinin bir neçə gün əvvəl verdiyi açıqlama ilə bağlıdır.

Nazir maliyyə sisteminə aid qanun layihələrindən birini ölkə məmurlarının 90 faizinin dəstəklədiyini bildirsə də, sonradan bu göstəricinin cəmi 10 faiz olduğu məlum olmuşdu.