XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

02 July 2017 - 17:11

Fransada prezidentliyə namizəd partiyadan çıxdı –Benua Amon yeni hərəkat yaratdı

Son seçkilərdə Fransa Sosialist Partiyasının prezidentliyə namizədi olmuş Benua Amon partiyadan çıxdığını bəyan edib.

APA-nın “Alman dalğası” radiosuna istinadən verdiyi məlumata görə, B. Amon bunu iyulun 1-də Parisdə tərəfdarları qarşısında çıxışında bildirib.

B. Amon partiyadan çıxmaq barədə qərar verdiyini, ancaq sosialist ideyalardan imtina etmədiyini söyləyib. Prezidentliyə sabiq namizəd eyni zamanda 1 İyul Hərəkatı yaratdığını da bəyan edib. B. Amon ümid edir ki, yeni siyasi qüvvə ölkədə sol hərəkatı yenidən gücləndirəcək.

Qeyd edək ki, Fransada prezident seçkilərinin birinci turu bu il aprelin 23-də keçirilib. B. Amon seçkilərdə 6,4 faiz səs toplayıb. İyunun 18-də keçirilən parlament seçkilərində isə sosialistlər 577 yerə malik Milli Məclisdə yalnız 29 yer qazana bilib.