XƏBƏR LENTİ

20 Oktyabr 2020

Digər Xəbərlər

03 İyul 2017 - 10:21

Çinin dövlət başçısı altıncı dəfə Rusiyaya rəsmi səfərə gəlib

Çin Xalq Respublikasının Sədri Si Cinpin bu gün Rusiya Federasiyasına ikigünlük rəsmi səfərə yola düşüb.

Bu, Si Cinpinin dövlət başçısı qismində Rusiyaya 6-cı səfəri, cari ildə Rusiya Prezidenti Vladimir Putin ilə 3-cü görüşü olacaq. Səfər çəçivəsində iki ölkə arasında müxtəlif sahələri əhatə edən 10-dan çox sazişlərin imzalanması nəzərdə tutulur. Bundan başqa, dövlət başçılarının birgə bəyanatı imzalanacaq, iki ölkə arasında 2017-2020-ci illər üzrə fəaliyyət planı təsdiq olunacaq. Tərəflər 2020-ci ilədək ticarət dövriyyəsini 200 milyard ABŞ dolları səviyyəsinə çatdırmağı hədəfləyirlər.

Si Cinpin Rusiya səfərinin ardından Almaniyaya rəsmi səfərə yola düşəcək, habelə Hamburq şəhərində “Böyük iyirmilər”in növbəti sammitinə qatılacaq.