XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 July 2017 - 10:35

Suriyada ilk dəfə olaraq Bəşər Əsədin şəkli olan pul dövriyyəyə buraxılıb –FOTO

Suriyada üzərində ilk dəfə ölkə prezidenti Bəşər Əsədin şəkli olan milli valyuta dövriyyəyə buraxılıb.

  Əsədin təsviri 2 min Suriya funtu (təqribən 10 ABŞ dolları) üzərində öz əksini tapıb. Suriya Mərkəzi Bankının sədri Dureyd Durqam bildirib ki, əskinas çoxdan çap olunub. Lakin hərbi əməliyyatlar və məzənnənin tez-tez dəyişməsi səbəbindən dövriyyəyə buraxılmayıb.

 Hazırda yeni pul vahidi ilə Dəməşq və bir neçə əyalətdə ödəniş etmək mümkündür.