XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

03 İyul 2017 - 12:35

ABŞ prezidenti Çinin dövlət başçısı ilə Koreya yarımadasındakı vəziyyəti müzakirə ediblər

Çin Xalq Respublikasının Sədri Si Cinpin və ABŞ Prezidenti Donald Trampın bu gün baş tutan telefon danışığında Koreya yarımadasındakı vəziyyət müzakirə olunub.

Sinxua agentliyinin məlumatına görə, Si Cinpin ABŞ-ın dövlət başçısı Donald Trampla keçirdiyi sonuncu görüşdən sonra iki ölkə arasında ikitərəfli əlaqələrdə əldə olunan uğurların əhəmiyyətini vurğulayıb, bununla belə, bəzi mənfi halların Çin-ABŞ münasibətlərinə təsir göstərdiyini deyib.

Tərəflər telefon danışığı zamanı habelə “Böyük iyirmilər”in qarşıdakı sammitini, Tayvan məsələsini də müzakirə ediblər.