XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

01 Dekabr 2015 - 06:34

NATO hələ Əfqanısatanda qalacaq – Rəsmi qərar gözləyir

NATO-nun baş katibi Jens Stoltenberg deyir ki, Əfqanıstan təhlükəsizlik qüvvələri Taliban və islamçı yaraqlılarla bacarıqla savaşır.

Stoltenberg noyabrın 30-da Brüsseldə Azad Avropa/AzadlıqRadiosuna müsahibə verib. O, NATO-nun əfqan əsgərlərə “təlim, yardım və məşvərət” işini davam etdirəcəyini bildirib.

Stoltenberg deyib ki, NATO Xarici İşlər nazirlərinin bu həftə qərar verməsini gözləyir: “2016-cı ilədək Əfqanıstanda hərbçilərin indiki səviyyədə saxlanması rəsmən təsdiqlənməlidir”.

NATO başçısının sözlərinə görə, Əfqanıstanın şimalındakı Kunduz, Faryab və Bədəxşan vilayətlərində islamçı qrupların zorakılığı artırmasına baxmayaraq, alyans Əfqanıstanda yeni döyüş əməliyyatı planlaşdırmır.

“Heç kəs inanmırdı ki, bu, asan iş olacaq, Əfqanıstanda sülh və sabitlik yaranacaq,” – Stoltenberg deyib.