XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

03 İyul 2017 - 19:50

Türkiyə Qətərdən hərbi heyətini çıxarmayacaq-Numan Kurtulmuş

Ankara Qətər ətrafında gərgin siyasi vəziyyətə rəğmən bu ölkədə hərbi heyətini saxlamaqda davam edəcək.

Trend-in məlumatına görə, bunu Türkiyə baş nazirinin müavini Numan Kurtulmuş deyib.

Baş nazirin müavini qeyd edib: "Türkiyənin Qətərdə hərbi bazası yalnız Qətərin deyil, ümumilikdə regionun təhlükəsizliyi baxımdan mühümdür. Türkiyənin orada hərbi iştirakı davam edəcək".

N.Kurtulmuş daha sonra əlavə edib ki, Qətər böhranı dərin köklərə malik bir problem deyil, süni yaradılıb, 13 ərəb ölkəsinin Qətərə qarşı tələbləri isə "müstəqil ölkə üçün qəbuledilməzdir".