Türkiyə Silahlı Qüvvələri Şimali İraqda PKK-ya qarşı əməliyyat keçirib.
Axar.az “Star”a istinadən xəbər verir ki, türk əsgərinin terrorçu hədəflərinə qarşı keçirdiyi hava əməliyyatları nəticəsində PKK-çılar Qəndilin cənubuna, Sorani-Germiyan bölgəsinə çəkilib.
Məlumata görə, türk ordusu sentyabrın 25-də İraq Kürd Muxtariyyətində keçirilməsi nəzərdə tutulan referenduma qədər təzyiqi artırmaq üçün əməliyyatları gücləndirib.