XƏBƏR LENTİ

30 Sentyabr 2020
29 Sentyabr 2020

Digər Xəbərlər

06 Aprel 2015 - 19:29

İran deputatı Ərdoğanı “ağ yudu, qara sərdi”

Türkiyə Prezidenti Ərdoğan bu gün İrana rəsmi səfərə yollanacaq. Bu səfərə İranda münasibət isə birmənalı deyil.

rtateq.az-ın verdiyi məlumata görə, səfərlə bağlı açıqlama verən İran parlamentinin Milli Təhlükəsizlik və Xarici siyasət komissiyasının sözcüsü Hüseyn Nəqavinin üslubu xeyli ağır olub. Sözcü “ölkəmizi aşağılayan birinin ayağı altına qırmızı xalı sərmək diplomatiyamız adına utancvericidir”-deyib.

Xatırladaq ki, Ərdoğan bir müddət əvvəl İranın Yaxın Şərq siyasətini bərk təndiq edərək onu sözü gedən coğrafiyanı öz məqsədinə uyğun şəkildə şəkilləndirməkdə günahladırmış və bölgədən silahlı qüvvələrini çəkməyə çağırmışdı. Görünür, Hüseyn Nəqaviyə də ağır gələn Ərdoğanın bu sözləri olub.