Çinin Cilin vilayətində qaz kəmərində sızıntıdan baş vermiş partlayışda 5 nəfər ölüb, 89 nəfər yaralanıb. Onlardan 14 nəfərinin vəziyyəti ağırdır.
Yerli hakimiyyət orqanlarının məlumatına əsasən, hadisə xəstəxana ərazisində kanalizasiya xəttində aparılan təmir işləri zamanı yaxınlıqdan keçən qaz kəmərində sızma səbəbindən baş verib. Qaz təsərrüfatı işçiləri sızmanı aradan qaldırmağa cəhd edərkən partlayış baş verib. Ölən və yaralananların fəhlələr, xəstəxananın işçiləri, hətta pasiyentlər olduğu bildirilir(azərtac).