ABŞ prezidenti Donald Trampla rusiyalı həmkarı Vladimir Putinin görüşü iyulun 7-də olacaq.
“Reuters” xəbər verir ki, bu barədə Ağ Evin məlumatında bildirilir.
Məlumata görə, prezidentlərin ilk görüşü G20 sammiti çərçivəsində Hamburqda baş tutacaq. Qeyd edək ki, bundan əvvəl görüş barədə məlumat verilsə də, dəqiq tarix açıqlanmırdı(azadliq.info).