XƏBƏR LENTİ

29 Sentyabr 2020

Digər Xəbərlər

05 İyul 2017 - 12:57

Avropa İttifaqında vergidən yayınanlarakömək edənlər cərimələnəcək

Avropa Komissiyasının üzərində işlədiyi yeni qanun layihəsinə əsasən, şirkətlərin gəlirlərini vergi dərəcələri aşağı olan ölkələrə köçürməklə onlara yardım edənlərə qarşı cərimə tətbiq edilə bilər.

“Vergiler.az” bildirir ki, yeni sənəd “Deloitte”, “PricewaterhouseCoopers”, “Ernest&Young” və “KPMG” kimi auditor şirkətlərini, eləcə də bank məsləhətçilərini və digər məsləhətçiləri Avropa İttifaqına (Aİ) üzv dövlətlər qarşısında “vergi optimallaşdırılmasının potensial aqressiv sxemləri” barədə hesabat verməyə məcbur edə bilər.

Belə bir addımın atılmasına səbəb vergidən yayınmaya qarşı mübarizəni gücləndirməkdir. Bu, həm də Panama sənədləri ilə bağlı keçənilki qalmaqalların nəticəsi olaraq görülən tədbirlərin tərkib hissəsidir. Tezliklə ictimaiyyətə açıqlanması gözlənilən qanun layihəsi əsasında müəyyənləşdirilmiş qaydalara əməl edilməməklə bağlı cərimələr tətbiq olunacaq, bununla əlaqədar qərar çıxarmaq hüququ isə Avropa İttifaqına üzv ölkələrin özlərində saxlanılacaq.