XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 April 2015 - 19:55

İsrail İrana silah satırmış

İranla “altılıqlar”ın bağladığı sazışə sərt reaksiya göstərən İsrailin özü, sən demə, embarqonu hamıdan əvvəl pozurmuş.

Xarici mətbuata intinad edən Strateq.az-ın məlumatına görə, 2012-ci ildən bəri, rəsmi Təl-Əviv bu ölkəyə qırıcı təyyarə hissələrindən tutmuş, müxtəlif silahlara qədər hər cür hərbi ləvazimat satırmış. Halbuki, İrana tətbiq olunan sanksiyaların səbəblərindən biri də onun antisemit mövqeyi idi. Odur ki, açıqlanan bu məlumat bir sıra dünya liderlərini şoka salıb.

Məlumatda o da bildirilir ki, İsraili Amerikaya “satan” Yunanıstan imiş. İlk dəfə bu məlumatı yunan xəfiyyə orqanları əldə edib və bu barədə super gücü bilgiləndirib. İnformasiyanın səhihliyini yoxlamaq üçün Federal Tədqiqatlar Bürosu (FBİ) qollarını çırmalayıb.

Bu barədə İngiltərənin “Teleqraf” qəzetinə açıqlama verən Yunanıstan Məhkəməsi faktın artıq sübuta yetirildiyini bildirib.