XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 July 2017 - 14:01

Rusiya və Çin 10 milyard dollarlıqinvestisiya fondu yaradır

Rusiya Birbaşa İnvestisiyalar Fondu (RBİF) və Çin İnkişaf Bankı (China Development Bank "CDB") Rusiya-Çin investisiya əməkdaşlığı fondunun yaradılması barədə razılığa gəliblər.

Azərtac "lenta.ru"ya istinadla xəbər verir ki, investisiya fondunun həcmi 68 milyard yuan (10 milyard dollar) təşkil edəcək. Fondun yaradılması haqqında saziş Moskvada Rusiya Prezidenti Vladimir Putinin və Çin Xalq Respublikasının sədri Si Cinpinin iştirakı ilə RBİF və CDB rəhbərləri arasında imzalanıb.

Qeyd edək ki, mayın 15-də Çin və Rusiya 100 milyard yuan (təxminən 14,5 milyard dollar) həcmində birgə Regional İnkişaf və Əməkdaşlıq İnvestisiya Fondu yaratmaq qərarına gəliblər. Fond Rusiya uzaq şərqindəki və Çinin şimal-şərq rayonlarında həyata keçirilən layihələri maliyyələşdirəcək(azərtac).