XƏBƏR LENTİ

31 Oktyabr 2020

Digər Xəbərlər

05 İyul 2017 - 17:35

Lukaşenko:"ATƏT-də islahatların aparılması vacibdir"

Münaqişələrin həllində səyləri artırmaq üçün ATƏT-də islahatların aparılması vacibdir. Bu fikri Belarus Prezidenti Aleksandr Lukaşenko ATƏT PA-nın rəhbəri ilə görüşündə çıxışı zamanı deyib.

A.Lukaşenko bildirib ki, ATƏT baş verən insidentlərə, münaqişələrə dərhal reaksiya verməlidir və bu çox yüksək səviyyədə, ATƏT-ə üzv olan ölkələrin dövlət rəhbərləri səviyyəsində edilməlidir. O deyib: “Görün son vaxtlar Avropa və digər ölkələrdə hansı neqativ hadisələr baş verib. ATƏT-ə üzv olan ölkə rəhbərləri hansı reaksiyaları veriblər? Heç bir reaksiya verilməyib. Avropada müharibə gedir – reaksiya yoxdur. Bu o deməkdir ki, ATƏT kimi təşkilatda problem mövcuddur”.

Belarus Prezidentinin sözlərinə görə, bu “xəstəliyi” öncədən müayinə edib, həll etmək lazımdır.

A.Lukaşenko hesab edir ki, bu gün ATƏT-in baş verən münaqişələrin həllinə təsir imkanını artırmaq hədəfi qoyulmalıdır(azərtac).