"Mənim Almaniyada türk diasporu qarşısında çıxışımı qadağan etməklə Almaniya siyasi intihara yol verir".
Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib/Trend.
Türkiyə prezidenti vurğulayıb ki, Almaniya öz səhvini düzəltməlidir.
Bundan başqa, Türkiyə lideri qeyd edib ki, Almaniya mətbuatı hələ də Türkiyə əleyhinə qaralama kampaniyasını davam etdirir.