XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

05 İyul 2017 - 20:10

Parisdə startaplar üçün ən irikampus yaradılıb

Startaplar üçün Parisdə keçmiş dəmir yolu deposunun ərazisində dünyada ən iri kampus yaradılıb.

Azərtac "psm7.com"a istinadla xəbər verir ki, sahəsi 3,5 hektar olan "F Station" adlı kampusda 3 minə yaxın əməkdaş işləyə bilər. Kampusda tədbirlərin keçirilməsi üçün səkkiz otaq yerləşir və ərazisində restoran və bar fəaliyyət göstərir.

Kampus Paris meriyası ilə 2018-ci ildə yaşayış məhəlləsinin tikintisi barədə artıq danışıqlara başlayıb. Bu layihə Fransanın ölkə daxilində innovativ sahibkarlığın inkişafı üzrə irimiqyaslı layihəsinin bir hissəsidir. Layihənin əsas investoru milyarder və telekom-maqnat, "F Station" kampusunun inkişafına 250 milyon avro yatırmış Havyer Nildir.