XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 July 2017 - 21:50

Rusiya nümayəndəsi:“Astana danışıqlarında heç bir sənəd imzalanmayıb”

Astanada Suriya münaqişəsinin həlli ilə bağlı keçirilən görüşlərin beşinci raundunda heç bir sənəd imzalanmayıb.

Bunu Rusiya prezidentinin Suriya münaqişəsi ilə bağlı xüsusi nümayəndəsi, Astana danışıqlarındakı Rusiya nümayəndə heyətinin rəhbəri Aleksandr Lavrentiyev bildirib.
 
Qeyd edək ki, Astanadakı danışıqların iştirakçıları Suriyada iki təhlükəsiz zonanın yaradılması ilə bağlı sənədlərin qəbuluna ümid edirdilər. Lakin danışıqlarda iştirak edən mənbənin bildirdiyinə görə, bu məsələ danışıqların növbəti raunduna keçirilib. Suriya nümayəndə heyətinin rəhbəri Bəşər əl-Cəfəri təhlükəsiz zonasının yaradılması ilə bağlı sənədin qəbul olunmamasına görə Türkiyəni günahlandırıb.

Türkiyə, Rusiya və İranın vasitəçiliyi ilə keçirilən Suriya münaqişəsi ilə bağlı Astana danışıqlarının növbəti raundu avqustun son həftəsində keçiriləcək.    

APA