Suriya sərhədində gələcək təhlükəyə qarşı tədbirlər görürük.
Bu sözləri Türkiyə Baş nazirinin müavini Numan Qurtulmuş “Röyter”ə açıqlamasında deyib.
“Suriyanın şimalında olduqca hərəkətli PYD/YPG ünsürləri var. Bizə görə bunlar PKK-nın qollarıdır. Onların birinci hədəfi Türkiyəyə təhlükə yaratmaqdır. Türkiyə Suriyanın şimalında YGP-dən hər hansı provokativ xarakterli addım görərsə, artıqlaması ilə qarşılıq verəcək. Bu, fantaziya deyil”, – Türkiyə rəsmisi bildirib/Axar.az