XƏBƏR LENTİ

23 Sentyabr 2020
22 Sentyabr 2020

Digər Xəbərlər

05 İyul 2017 - 23:37

“Səudiyyə Kürdüstana dəstək verməklə, Qətəri dəstəkləyən Türkiyədən intiqam aldı” –Yəhudi analitik

"İsrail müstəqil Kürdüstanı dəstəkləyir".

Bu sözləri İsraildə fəaliyyət göstərən “Begin Sadat” Strateji Araşdırmalar Mərkəzinin mütəxəssisi Edi Kohen “İsrailin müstəliq Kürdüstana ehtiyacı var” başlıqlı yazısında qeyd edib.

Yazar bildirib ki, azad Kürdüstan layihəsi hələ I Dünya Müharibəsi illərində həyata keçirilməyə təşəbbüs göstərilsə də, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk tərəfindən qarşısı alınıb.

Daha sonra son siyasi proseslərə toxunan Kohen iddia edib ki, Səudiyyə Kürdüstandakı referenduma dəstək verməklə, Qətəri dəstəkləyən Türkiyədən intiqamını aldı:

“İsrailin suveren Kürdüstanı dəstəkləməsi öz xeyrinədir. Suriya və İraqdakı cihatçıların qarşısının alınması üçün Tel-Əvivin Kürdüstanda hərbi baza yaratması qaçılmazdır. Bundan əlavə, Kürdüstan bir vaxtlar İraq dövlətinin mal-mülklərini alaraq deportasiya etdiyi yəhudilərin geri qayıtmasını təmin edə bilər”.

Axar.az