XƏBƏR LENTİ

27 Sentyabr 2020
26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

06 İyul 2017 - 09:42

Ermənipərəst senator həbs edilib –Korrupsiya cinayəti

Fransanın Yuxarı Sena departamentindən olan ermənipərəst senator Filip Kaltenbax iki il müddətinə azadlıqdan məhrum edilib. 

Ermənipərəst senator korrupsiya əməlinə görə cəzalandırılıb. O, sosial mənzilin üçüncü şəxsə verilməsini vəd edərək nağd pul almaqda ittiham olunub.

İttihamları rədd edən F.Kaltenbax bunun onun rəqibi olan qonşu kəndin meri Filip Pemezekin əməli olduğunu iddia edib. Lakin onun nağd pul alması gizli kameralarla qeydə alınıb.

Ermənipərəst senator növbəti seçkilərdə namizədliyini irəli sürə bilməyəcək. (AzərTAc)