“Amerikadakı seçkilərə Rusiya kimi digər ölkələr də müdaxilə edə bilərdilər”.
Strateq.az bildirir ki, bu sözləri ABŞ prezidenti Tramp Polşalı həmkarı Ancey Duda ilə keçirdiyi mətbuat konfransında bildirib. Tramp bu bəyanatı Rusiya prezidenti Putinlə keçirəcəyi sabahkı görüş ərəfəsində səsləndirib.
Putinlə İlk şəxsi görüş 7 iyulda Almaniyada keçirləcək G20 sammiti çərçivəsində Hamburq şəhərində baş tutacaq.