Hər halda SPA belə deyir
Bu zamana qədər susmağa üstünlük verən Səudiyyə Ərəbistanı, axır ki, İranla “altılıq” arasında bağlanmış çərçivə sazişinə münasibət bildirib. Rəsmi Riyad, sən demə, imzalanan bu sənəddən xeyli məmnun qalıbmış.
Strateq.az-ın məlumatına görə, bu xəbərin qaynağı Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi SPA-dır. ölkənin Nazirlər Kabinetinin adından xəbər yayan SPA xəbər verib ki, kabinetin bu günkü iclasında Yəməndən tutmuş, nüvə sazişinə qədər bir sıra məsələlər müzakirə olunub. Müzakirə zamanı Səudi yetkililər xüsusilə nüvə sazişinin bölgəyə sülh və əmin-amanlıq gətirəcəyinə ümid etdiklərini deyiblər.
Açıqlamada həmçinin o da bildirilib ki, “yaxşı qonşuluğa və ərəb ölkələrinin daxili işlərinə qarışmamağa ehtiyac var”.