XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

07 İyul 2017 - 12:00

Mixail Qorbaçov Trampla Putinin görüşü barədə:“Vaxtilə Reyqanı da mənimlə görüşə buraxmırdılar”

“Rusiya və ABŞ-ın münasibətlərinə liderlərin impuls verməsi vacibdir”.

Bunu jurnalistlərə açıqlamasında SSRİ-nin son prezidenti Mixail Qorbaçov söyləyib.

“Bu görüş axır ki, baş tutur. Təəssüf edirəm ki, görüş bu vaxta qədər keçirilməyib. Təəssüf etdiyim başqa məqam isə ölkələrimiz arasında birgə konstruktiv gündəm yoxdur. İndiyə qədər çox zaman itirmişik. Etibarı bərpa etmək lazımdır. Zamanında Reyqanı da ABŞ administrasiyasının nümayəndələri Cenevrə görüşünə buraxmırdılar. Lakin o, təzyiqlərə tabe olmadı. O zaman SSRİ bu görüşə ciddi konstruktiv təkliflərlə gəlmişdi. Hazırda liderlərdən gələn impuls münasibətlərə xoş təsir edə bilər. Eyni impuls 1986-cı ildə Reykyavik də olmuşdu”, – deyə o bildirib. (axar.az)