ABŞ prezidenti Donald Tramp bildirib ki, o, Rusiyalı həmkarı Vladimir Putinlə görüşünü səbirsizliklə gözləyir.
Strateq.az xəbər verir ki, bu barədə ABŞ prezidenti özünü tvitter səhifəsində yazıb: “Mən dünya liderləri ilə, o cümlədən Vladimir Putinlə olan görüşümü səbirsizliklə gözləyirəm. Müzakirə etmək üçün çoxlu mövzu var” –deyə Tramp yazıb.
Putinlə Trampın görüşü Moskva vaxtı ilə saat 16.45-də başlanacaq. Görüşdə həmçinin dövlət katibi Tillerson, Rusiya xarici işlər naziri Sergey Lavrov iştirak edəcək.