XƏBƏR LENTİ

29 Sentyabr 2020
28 Sentyabr 2020

Digər Xəbərlər

07 İyul 2017 - 13:06

Dörd ərəb dövlətindən Qətərə xəbərdarlıq –Dohaya qarşı yeni tədbirlər tətbiq olunacaq

Dörd ərəb dövləti sanksiyaların ləğvi üçün Qətərə təqdim edilən tələblərin rədd edilməsini regional “təhlükəsizliyə hədə” adlandırıblar.

Səudiyyə Ərəbistanı, Bəhreyn, Misir və Birləşmiş Ərəb Əmirliklərinin son bəyanatında Dohaya qarşı yeni tədbirlərin tətbiq olunacağı barədə xəbərdarlıq edilir. Ötən ay dörd ərəb ölkəsi Qətərlə əlaqələri kəsib. Bu, faktiki olaraq qazla zəngin Körfəz ölkəsinə qarşı blokada sayıla bilər.

Qətərdən “Al Jazeera TV” kanalının bağlanması, İranla əlaqələrin azaldılması və cihadçılara dəstəyin dayandırılması tələb edilir.Bu həftənin əvvəlində Qətər Səudiyyənin rəhbərliyi ilə yaranmış ərəb ölkələri qrupunun müvafiq ultimatumunu rədd edib. Səudiyyə Ərəbistanı, Bəhreyn, Misir və Birləşmiş Ərəb Əmirlikləri 13 maddədən ibarət tələblərin rədd olunmasını tənqid ediblər. “Bu, "(Qətərin) bölgədə təhlükəsizliyin pozulmasına yönələn siyasəti davam etdirmək niyyətində olduğunu ortaya qoyur", – cümə axşamı günü dörd ölkə adından yayılan bəyanatda deyilir.

Qətər cihadçılara dəstək verdiyi barədə ittihamları rədd edir.

Bazar ertəsi ABŞ dövlət katibi Reks Tillerson Körfəz böhranının tənzimlənməsində vasitəçi olan Küveytə səfər edəcək.