Türkiyədə ötən ilin 15 iyulundan indiyədək dövlət çevrilişinə cəhddə ittiham olunaraq barələrində hüquqi tədbirlər görülən şəxslərin sayı 168 801 nəfərdir.
“Hürriyət” qəzetinin verdiyi xəbərə görə, bu barədə Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ bildirib. Nazirin sözlərinə görə, ötən müddətdə 8 069 nəfər istintaqdan yayınıb.
B. Bozdağ qeyd edib ki, 50 504 nəfər hazırda həbsdədir.