XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 July 2017 - 18:43

ABŞ prezidenti Trampla Putinin görüşü başlayıb –Liderlər nəyi müzakirə edəcək?

Almaniyanın Hamburq şəhərində, G-20 zirvə toplantısı çərçivəsində ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin arasında ikitərəfli görüş başlayıb.

 “RİA Novosti”nin verdiyi məlumata görə, görüşdə ABŞ dövlət katibi Reks Tillerson və Rusiyanın xarici işlər naziri Sergey Lavrov da iştirak edir.   

 Prezidentlərin Suriya problemi, beynəlxalq terrorizmlə mübarizə, Ukraynadakı münaqişə və Şimali Koreya problemi ilə bağl fikir mübadiləsi aparacağı gözlənilir.