XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 July 2017 - 19:57

Hollandiya Alparslan Türkeşin oğluna qadağa qoydu:“Türkiyə baş nazirinin köməkçisinin ölkəmizə gəlməsini istəmirik”

Hollandiya hökuməti Türkiyə baş naziri Binəli Yıldırımın köməkçisi Tuğrul Türkeşin 15 iyul hadisələrinin ildönümü münasibətilə çərşənbə axşamı Apeldom şəhərində keçiriləcək toplantıda iştirak etməsini "arzulamadığını" bəyan edib.

Strateq.az BBC-yə istinadən bildirir ki, Hollandiya Xarici İşlər Nazirliyi tərəfindən bu gün səhər yayılan açıqlamada belə vurğulanıb: "Mövcud şəraitdə iki ölkə arasında mövcud münasibətlər baxımından Türkeşin və ya başqa bir kabinet üzvünün Hollandiyaya gəlməsi arzu edilən bir hal deyil".

Açıqlamada Türkeşin arzu olunmaması "mart ayında baş verən hadisələrin məntiqi nəticəsi" kimi səciyyələndirilib. Bundan başqa açıqlamada 15 iyul hadisələri türk demokratiyasına qarşı bir hücum kimi dəyərləndirilib və Hollandiyanın bu hadisələri qınadığı da xatırladılıb.

Ədalət və İnkişaf Partiyasının (AKP) xaricdəki təşkilatı kimi tanınan Avropa Türk Demokratlar Birliyinin (UETD) Hollandiya şöbəsi tərəfindən təşkil olunan toplantı üçün Orpheus adlı bir konqres mərkəzində zal kirayə edilmişdi.

Sosial media tərəfindən verilən məlumatda Türkiyə baş nazirinin köməkçisi Tuğrul Türkeşin də bu toplantıda çıxış edəcəyi açıqlanmışdı.