XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

08 İyul 2017 - 10:05

Nüvə silahına malik olan ölkələr BMT-nin yeni antinüvəkonvensiyasını dəstəkləməyiblər

BMT-də hüquqi qüvvəyə malik olan və nüvə silahının qlobal səviyyədə ləğvini nəzərdə tutan müqavilə bəyənilib.

Xatırladaq ki, BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında həmin müqavilənin imzalanması ilə bağlı danışıqlar 120 ölkə arasında cari ilin martından davam edir.

NHK telekanalının yaydığı məlumata görə, iyulun 7-də 122 ölkə və ərazi bu müqaviləni dəstəklədiyini bildirib. Yalnız danışıqlarda NATO-nun yeganə üzvü olan Niderland onun əleyhinə səs verib.

Müqavilənin sentyabr ayında imzalanma üçün təqdim ediləcəyi və 50 ölkə tərəfindən ratifikasiya olunduqdan 90 gün sonra qüvvəyə minəcəyi bildirilir. Güman olunur ki, 100-dən artıq ölkən bu müqaviləni imzlayacaq.

ABŞ, Rusiya və nüvə silahına malik olan digər ölkələr, o cümlədən Yaponiya da daxil olmaqla nüvə çətirindən asılı olan və NATO üzvü olan dövlətlər bu danışıqlarda iştirak etməyib. ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Hezer Nauret bildirib ki, Birləşmiş Ştatlar bu danışıqlarda iştirak etməyib və bu razılaşmanı dəstəkləmir. “Nüvə silahına malik olan heç bir dövlət bu danışıqlarda iştirak etməyib, nüvə silahının qarşısının alınmasında səylər göstərən ABŞ-ın heç bir tərəfdaşı son mətni dəstəkləməyib”, – deyə o qeyd edib(azərtac).