XƏBƏR LENTİ

23 Yanvar 2021
22 Yanvar 2021

Digər Xəbərlər

08 İyul 2017 - 11:10

Dövlət Departamenti:“ABŞ və Rusiya Suriya ilə bağlı anlaşıb”

ABŞ və Rusiya Suriyanın cənub-qərbində barışığın əldə olunmasına dair razılığa gəlib.

Bu barədə ABŞ Dövlət Departamentinin adının çəkilməsini istəməyən yüksək vəzifəli rəsmisi açıqlama verib

Diplomatın sözlərinə görə, İordaniyanın da qoşulduğu anlaşmaya əsasən, Suriyanın cənub-qərbində zorakılığın dayanması üçün hər üç ölkə münaqişə tərəflərinə təsir imkanlarını işə salacaq.

“Münaqişə tərəflərinə təsir imkanı olan ölkələr bunu daha səmərəli şəkildə edcəklər. ABŞ və İordaniya Suriya müxalifətinə, Rusiya isə Əsədə təsir etməyə çalışacaq”, – deyə açıqlamada bildirilir.

Diplomat onu da qeyd edib ki, Suriyanın cənub-qərbində barışığa dair məlum sazişin Astanadakı prosesə aidiyyəti yoxdur. Astana danışıqlarının iştirakçıları bütün ölkə boyu zorakılığın dayanmasını istəyirlər(azadliq.info).